525.Az

Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb


 

Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb<b style="color:red"></b>

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi xəstəliklə 886, Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) virusunun törətdiyi xəstəliklə 169 nəfər qeydə alınıb.

525.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, 2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan İİV xəstələrinin sayı 10692, QİÇS xəstələrinin sayı isə 2844 nəfərdir. Tibb müəssisələrində qeydiyyatda olan QİÇS xəstələrindən 22 nəfər 0-17 yaş aralığında olan şəxslərdirlər.

 





18.05.2024    çap et  çap et