525.Az

Qara dənizdə gəmi batıb


 

Qara dənizdə gəmi batıb<b style="color:red"></b>

Qara dənizdə Tanzaniya bayrağı altında üzən “Mohammed-Z” gəmisi batıb.

"Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb.

Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb.

Qeyd edilib ki, “Mohammed -Z”in ekipajı 11 nəfərdən - 9 Suriya və 2 Misir vətəndaşından ibarət olub. Onlardan 8-i xilas edilib. Digər 3 ekipaj üzvünün axtarışları davam edir.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

 





18.05.2024    çap et  çap et