525.Az

Sabirabadda təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb


 

Sabirabadda təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb<b style="color:red"></b>

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən Nahid Quliyev və Vüsal Şıxəliyev saxlanılıblar.

525.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı onların 6 təsərrüfatdan 37 baş iri və xırdabuynuzlu heyvan oğurladıqları müəyyən edilib.

Bundan əlavə, onların Kürdəmir və Hacıqabul rayonları ərazisində də analoji faktlar törətdikləri məlum olub.

 





21.05.2024    çap et  çap et