525.Az

Ekvadorda 5,2 bal gücündə zəlzələ


 

Ekvadorda 5,2 bal gücündə zəlzələ<b style="color:red"></b>

Cənubi Amerika ölkəsi Ekvadorda 5,2 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri El Oro əyalətinin Pinas qəsəbəsi olan 5,2 bal gücündə zəlzələnin yerin 88 kilometr dərinliyində baş verdiyini bildirib.

Zəlzələdə can və mal itkisi olmayıb.

Qeyd edək ki, 2016-cı il aprelin 17-də Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 77-dən çox insan həyatını itirmişdi.

Məhəmməd Tağıyev

 





21.05.2024    çap et  çap et