525.Az

Kolumbiyada bombalı hücum: 6 yaralı


 

Kolumbiyada bombalı hücum: <b style="color:red">6 yaralı</b>

Kolumbiyanın cənub-qərbində polis əməkdaşlarına təşkil edilən bombalı hücumda 2-i polis olmaqla 6 nəfərin yaralandığı açıqlanıb.

525.az xəbər verir ki, Cənubi Amerika ölkəsi Kolumbiyanın Cauca inzibati bölgəsindəki Morales qəsəbəsində polis qruplarına əl istehsalı bomba ilə hücum təşkil edilib. Hadisə zamanı 2-i polis olmaqla 6 nəfər yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, hücumu bir otelin yaxınlığında motosikletli insanlar həyata keçirib. Partlayışdan qısa müddət sonra polis idarəsinə atəş açılıb və əraziyə çoxlu hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.

Hadisədən sonra açıqlama verən Kolumbiya Prezidenti Qustavo Petro hücumun qəbuledilməz olduğunu bildirib və orduya əməliyyat əmri verdiyini açıqlayıb.

Məhəmməd Tağıyev

 





21.05.2024    çap et  çap et