Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri nəzərdən keçirilib.
525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"AİİB-in vitse-prezidenti Lyudqer Şuknextlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini - Bankın son dövrlərdə həyata keçirdiyi strategiyaları və nəzərdə tutulan tədbirləri, Azərbaycanda fəaliyyət istiqamətlərini, COP29 sahəsində birgə iş və tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.