525.Az

Almaniyadan Ukrayna üçün çağırış


 

Almaniyadan Ukrayna üçün çağırış<b style="color:red"></b>

Almaniya Kansleri Olaf Şolts Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirməyə çağırıb.

525.az xəbər verir ki, Berlində keçirilən "2024 Ukraynanın Təkmilləşdirilməsi Konfransı"nın açılış çıxışında Şolts: "Mən bu gün buradakı hər kəsdən xahiş edirəm ki, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək təşəbbüsümüzə hər cür dəstək versinlər", - deyə bildirib.

Belə ki, Şolts daha sonra Ukraynada yüzlərlə alman şirkətinin fəaliyyət göstərdiyini və təkcə avtomobil sektorunda 35 min işçinin olduğunu vurğulayıb.

Məhəmməd Tağıyev

 





12.06.2024    çap et  çap et