525.Az

AFFA Santuşun təqdimatını nə vaxt keçirəcək?


 

AFFA Santuşun təqdimatını nə vaxt keçirəcək?<b style="color:red"></b>

Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransının vaxtı müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı açıqlamada bildirilib.

Məlumata görə, təqdimat mərasimi iyunun 13-də “Hilton” hoteldə təşkil olunacaq. Tədbir saat 12:00-da başlayacaq.

Xatırladaq ki, portuqaliyalı F.Santuş bu gün Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

 





12.06.2024    çap et  çap et