525.Az

Sarkozi siyasətə qayıtmağı planlaşdırmır


 

Sarkozi siyasətə qayıtmağı planlaşdırmır<b style="color:red"></b>

2007-2012-ci illərdə Fransaya rəhbərlik etmiş keçmiş prezident Nikola Sarkozi siyasətə qayıtmağı planlaşdırmır.

“Report” xəbər verir ki, bu barədə o, “Le Journal du Dimanche” qəzetinə müsahibəsində bildirib.

"Siyasət mənim üçün çevrilmiş səhifədir", - Sarkozi deyib. "Düşünürəm ki, ən müdrik və faydalı şey, hər hansı şəxsi ambisiyanı və siyasətə qayıtmaq istisna olmaqla, ölkəmiz üçün zəruri hesab etdiyim şeylərdən danışmaqdır", - o vurğulayıb.

 





16.06.2024    çap et  çap et