525.Az

Qriqoryan Kuleba ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib


 

Qriqoryan Kuleba ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib<b style="color:red"></b>

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə keçirilmiş Ukrayna üzrə Sülh Sammiti çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“İyunun 16-da ER-nin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Görüşdə tərəflər Ermənistan – Ukrayna ikitərəfli münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, daha öncə Qriqoryan İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammiti çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

 





16.06.2024    çap et  çap et