525.Az

Hökməlidə yanğın olub


 

Hökməlidə yanğın olub<b style="color:red"></b>

Abşeron rayonunun Hökməli qəsəbəsində ikimərtəbəli evdə yanğın olub.

525.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 32 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin və hamam otağının lambirdən ibarət tavanı 15 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





19.06.2024    çap et  çap et