525.Az

Son beş ayda DSMF-nin xərcləri 2 milyard 853 milyon manat təşkil edib


 

Son beş ayda DSMF-nin xərcləri 2 milyard 853 milyon manat təşkil edib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin beş ayında proqnozla müqayisədə 2,9 faiz və ya 78 milyon manat çox olmaqla 2 milyard 768 milyon manat təşkil edib.

525.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8,8 faiz və ya 187 milyon manat artaraq 2 milyard 292 milyon manat olub.

Yanvar-may aylarında DSMF-nin xərcləri 2 milyard 853 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 347 milyon manat çoxdur.

 





19.06.2024    çap et  çap et