525.Az

Kolumbiyadan İsrail xalqına çağırış


 

Kolumbiyadan İsrail xalqına çağırış<b style="color:red"></b>

Kolumbiya Prezidenti Qustavo Petro İsrail xalqını Qəzza üçün səsini ucaltmağa çağırıb.

525.az xəbər verir ki, "X" sosial media platformasında paylaşımlar edən Kolumbiya Prezidenti Qustavo Petro İsrail xalqına müraciət edib. 

Petro: "Bu gün İsrail xalqı dünya sülhünün və yaşamaq hüququnun müdafiəsində ön sıralarda olmalıdır. Sizdən xahiş edirəm, uşaq soyqırımını dayandırmaq üçün nə lazımdırsa edin", - deyə bildirib.

Qeyd edək ki, Kolumbiya mayın 3-də İsraillə diplomatik əlaqələri rəsmən kəsdiyini açıqlamışdı.

Məhəmməd Tağıyev

 





21.06.2024    çap et  çap et