525.Az

BDU Türkiyənin Balıkesir Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb


 

BDU Türkiyənin Balıkesir Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb<b style="color:red"></b>

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Balıkesir Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Bu barədə 525.az-a BDU-dan bildirilib.

Protokolu BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Türkiyənin Balıkesir Universitetinin “Erasmus” proqramı üzrə koordinatoru Seda Şahin imzalayıb. Protokol çərçivəsində tələbələrin, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Əsası 1992-ci ildə qoyulmuş Balikesir Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. İyirmi dörd min tələbənin təhsil aldığı Balikesir Universitetində 14 fakültə, 4 institut fəaliyyət göstərir.

Sevinc Qarayeva 

 





21.06.2024    çap et  çap et