525.Az

Serbiyalı mütəxəssis yenidən "Qəbələ"də


 

Serbiyalı mütəxəssis yenidən "Qəbələ"də<b style="color:red"></b>

Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. Mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.

Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb. Əvvəllər də Tsxadadze ilə birlikdə çalışmış mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin Gürcüstan milli komandasında fəaliyyət göstərib.

 





21.06.2024    çap et  çap et