525.Az

Qəhvənin qiyməti rekord həddə yüksəlir


 

Qəhvənin qiyməti rekord həddə yüksəlir<b style="color:red"></b>

Dünya bazarlarında qəhvənin qiyməti rekord həddə bahalaşıb.

525.az “Bloomberg”ə istinadən xəbər verir ki, ərəb qəhvəsinin qiyməti son iki ilin ən yüksək səviyyəsinə qalxıb.

Daha ucuz hesab olunan olan “Robusta” çeşidinin bahalaşması həm də yüksək keyfiyyətli xammalın qiymətlərinin artmasına səbəb olub. İlin sonunadək qiymətlərin daha 30 faiz bahalaşacağı gözlənilir.

Vyetnam və İndoneziyadakı əsas Robusta istehsalçılarının məhsulunun həcmi pis hava şəraiti səbəbindən aşağı düşüb. Eyni zamanda, Braziliyada da məhsul çatışmazlığı özünü göstərir. Vyetnam, Tayiland və Filippində tempuratur 48 dərəcəyə qalxıb. Ənənəvi qəhvə istehsal edən bölgələrdə rekord istilər fonunda, Londonda Robusta fyuçers qiymətləri 18,1 faiz artaraq rekord həddə - 4394 dollar/ton olub. Bu ilin ilin ilk altı ayında robusta 40 faiz bahalaşıb.

Milli Qəhvə Assosiasiyası daha əvvəl quru hava səbəbindən məhsulun 10 faiz azalacağını proqnozlaşdırmışdı. Sonradan məlum oldu ki, reallıqda söhbət həcmin 20 faiz azalmasından gedir.

Pərvanə Sultanova

 





10.07.2024    çap et  çap et