525.Az

Venesuelada "Beril" qasırğası nəticəsində ölənlərin sayı 6-ya çatıb


 

Venesuelada "Beril" qasırğası nəticəsində ölənlərin sayı 6-ya çatıb<b style="color:red"></b>

Atlantik okeanında baş verən "Beril" qasırğası nəticəsində Venesuelada ölənlərin sayı 6-ya yüksəlib.

525.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə ölkənin şimal-şərqini təsiri altına alan "Beril" qasırğası nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.

Küçə və prospektlərin palçıq qalaqlarına çevrildiyi ərazilərdə zərərin qiymətləndirilməsi işlərinə başlanılıb.

"Beril" qasırğasının yaratdığı şiddətli yağışlar nəticəsində 7960 ev zərər görüb, Cumanacoa şəhərində Manzanares çayının daşması nəticəsində evlər və torpaqlar su altında qalıb.

Səlahiyyətlilər qasırğadan ümumilikdə 29 min insanın mənfi təsirləndiyini və lazımi yardımın prezident Nikolas Maduronun göstərişi əsasında çatdırıldığını qeyd ediblər.

Malik Atilay 

 





10.07.2024    çap et  çap et