525.Az

Braziliyanın keçmiş prezidenti həbs oluna bilər


 

Braziliyanın keçmiş prezidenti həbs oluna bilər<b style="color:red"></b>

Braziliya polisi ölkənin keçmiş prezidenti Jair Bolsonaruyu 6,8 milyon Braziliya realı (1,2 milyon ABŞ dolları) dəyərində qızıl-zinət əşyalarını mənimsəməkdə ittiham edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu badərə gündəlik dərc olunan polis hesabatında məlumat verilib. 

Bolsanarunun zərgərlik məmulatlarını prezident olduğu dövrdə səlahiyyətlərindən sui istifadə edərək ələ keçirdiyi bildirilir. Qiymətli əşyalar arasında brilyantlarla bəzədilmiş qızıl Rolex və Patek Phillipe qol saatları, üzüklər və qolbaqlar və s. var. Hesabatda bu məsələ ilə bağlı keçmiş prezidentdən başqa daha 10 nəfərin, o cümlədən Bolsanarunun 2 vəkili və keçmiş energetika nazirinin də adı var.

Qeyd edək ki, 2019-2023-cü illərdə Braziliyanın prezidenti olmuş Bolsanaru daha əvvəl COVİD-19 sertifikatlarını saxtalaşdırmaqda və 2023-cü il ilin yanvarında hazırki prezident Luis İnasiu Lula da Silvayı devirməyə çağırışda ittiham olunmuşdu.

L.Tağıyeva

 





10.07.2024    çap et  çap et