525.Az

Rusiya Aİ-nin Ermənistandakı missiyasının genişlənməsindən narahatdır


 

Rusiya Aİ-nin Ermənistandakı missiyasının genişlənməsindən narahatdır<b style="color:red"></b>

"Rusiya Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinin genişlənməsindən narahatdır və Kanada nümayəndələrinin orada iştirakı NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsindən xəbər verir".

525.az APA-ya istinadən xəbər verir ki bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novostiyə müsahibəsində bildirib.

“Biz Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini mənfi qiymətləndiririk, bu barədə dəfələrlə deyilib”, - rusiyalı nazir müavini vurğulayıb.

Qaluzinin fikrincə, Avropa İttifaqının vəzifəsi region dövlətlərinin - Rusiya, İran və Türkiyənin ənənəvi tərəfdaşları və qonşularının maraqlarına zərər verərək Cənubi Qafqazda möhkəmlənməyə çalışmaqdır.

 





12.07.2024    çap et  çap et