525.Az

İkinci dəfə Ginnesin Rekordlar Kitabına düşdü


 

İkinci dəfə Ginnesin Rekordlar Kitabına düşdü<b style="color:red"></b>

İrnandiyalı İmon Kiveni adını ikinci dəfə Ginnesin Rekordlar Kitabına yazdıra bilib. 

525.az Britaniya KİV-ə istinadən xəbər verir ki, bunu üçün o, təktəkərli velosipeddə İrlandiyanın bir başından o biri başına gedib.

Təxmini 495 km məsafəni qət etmək üçün İmona 5 gün, 5 saat, 23 dəqiqə lazım olub. O, bu müddətin 60 saatını velosiped sürüb, qalan vaxtı isə dincəlməyə sərf edib.

Qeyd edək ki, İmon Kiveni birinci dəfə 2016-cı ildə heç kimin bacarmadığını edərək Ginnesin Rekordlar Kitabına düşmüşdü. İrland o vaxt ayaqyalın ən uzun məsafəni qət etmiş və 10 gün ərzində 10 dağın zirvəsini qalxmışdı.

L.Tağıyeva

 





16.07.2024    çap et  çap et