525.Az

Qarpız yeməyin faydaları


 

Qarpız yeməyin faydaları<b style="color:red"></b>

Həkimlər hər gün qarpız yeməyin orqanizm üçün faydalı olduğunu hesab edirlər. Qarpız 92% sudan ibarətdir, buna görə də bədəni susuzlaşmadan qoruyur.

525.az xəbər verir ki, bu barədə xarici KİV-də dərc edilən məqalədə deyilir. Qeyd olunub ki, dərinin düzgün nəmləndirilməsi sayəsində bədən həddən artıq istilənmir, dəri elastik qalır, saçlar qalın və parlaq olur.

Qarpız, həmçinin arıqlamağa kömək edir. Yəni insanı tez doyurduğu üçün yeməyi əvəz edə bilər, qan şəkərinin səviyyəsini normallaşdırır. Tərkibindəki antioksidant birləşmələrə görə qarpız yemək qlükoza mübadiləsini sürətləndirir ki, bu da qanda şəkərin qəfil artımının qarşısını alır. Buna görə də hətta diabet xəstələri üçün də təhlükəsizdir.

Qarpız ürək-damar sistemini gücləndirir, astma simptomlarını aradan qaldırır. 800 qr qarpız orqanizim üçün C vitamininin gündəlik tələbatını ehtiva edir. Antioksidantlar və C vitamini sayəsində qarpız xərçəngin qarşısını alır, orqanizmdə iltihabı azaldır, sərbəst radikalları məhv edir, sümükləri, dişləri və qığırdaqları gücləndirir, yaraların və çapıqların sağalmasını sürətləndirir. Sinir sistemini aktivləşdirir.

 500 q qarpız orqanizdə gündəlik kalium ehtiyacının yarısını ehtiva edir. Bunun çatışmazlığı ətrafların uyuşmasına, baş ağrılarına və qıcolmalara səbəb olur. Odur ki, qarpızın müntəzəm istifadəsi bu sağlamlıq problemlərini aradan qaldıracaq və demensiya risklərini neytrallaşdıracaq.

Qarpız böyrəklərin bədəndən zərərli maddələri və toksinləri çıxarmasına kömək edir. Tərkibində göz sağlamlığını qoruyan A vitamini var və bu, uzun illər ərzində görmə qabiliyyətini qorumağa kömək edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Pərvanə Sultanova

 





17.07.2024    çap et  çap et