525.Az

NATO-nun Ukraynada nümayəndəsi təyin olunub


 

NATO-nun Ukraynada nümayəndəsi təyin olunub<b style="color:red"></b>

NATO baş katibinin hərbi siyasət üzrə keçmiş müavini Patrik Törner Şimali Atlantika Alyansının Ukraynadakı nümayəndəsi təyin edilib.

525.az Alyansın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Patrik Törner baş katibin NATO-nun Ukraynadakı əsas nümayəndəsi təyin olunub. O, Kiyevdəki vəzifəsinin icrasına 2024-cü ilin sentyabrında başlayacaq”, - məlumatda deyilir.

Pərvanə Sultanova

 





17.07.2024    çap et  çap et