525.Az

Toivo Klaar Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi davamçısını təbrik edib


 

Toivo Klaar Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi davamçısını təbrik edib<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu vəzifədə onun davamçısı olan Maqdalena Qrononu təbrik edib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə avropalı diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Təbriklər Magdalena. O bu vəzifə üçün zəngin təcrübəyə malikdir", - T.Klaar vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsinin namizədliyini təsdiqləyib.

 





17.07.2024    çap et  çap et