525.Az

Beyləqanda tanışlar bir-birini güllələyib


 

Beyləqanda tanışlar bir-birini güllələyib<b style="color:red"></b>

Beyləqanda tanışlar arasında silahlı insident yaşanıb.

525.az xəbər verir ki, hadisə Məşədi Əzizbəyov küçəsində baş verib.

1978-ci il təvəllüdlü Axundov Samir Ənvər oğlu tanışı 1981-ci il təvəllüdlü Cuvarlı Yusif Taryel oğlu ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun yaşadığı evin qarşısına gələrək ona istintaqa məlum olmayan silahla bir dəfə atəş açaraq ona "sağ diz oynağının güllə yarası" xəsarəti yetirib.

Axundov Samir Ənvər oğlu şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-nin İB-də CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır (APA).

 





18.07.2024    çap et  çap et