525.Az

İsrail ordusu Livanda HƏMAS komandirini zərərsizləşdirib


 

İsrail ordusu Livanda HƏMAS komandirini zərərsizləşdirib<b style="color:red"></b>

İsrail Hərbi Hava Qüvvələrinə məxsus uçuş aparatı Livanın şərqindəki Bekaa vadisində HƏMAS-ın səhra komandirlərindən biri Məhəmməd Cabaranı hava zərbəsi ilə zərərsizləşdirib.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, M.Cabara Livandan İsrailə qarşı terror aktları və raket buraxılışına görə məsuliyyət daşıyırdı.

“Bu addım HƏMAS-ın İsrailin şimal sərhədi ərazisində ölkəyə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək imkanlarını azaldır”, - məlumatda qeyd edilib.

 





18.07.2024    çap et  çap et