525.Az

ABŞ əsgərləri Nigeri tərk edəcəklər


 

ABŞ əsgərləri Nigeri tərk edəcəklər<b style="color:red"></b>

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Nigerdəki 300-ə yaxın ABŞ əsgərinin sentyabrın 15-dək ölkədən çıxacağını açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Nigerdəki ABŞ əsgərlərinin vəziyyətindən danışan Sinq, iyulun 7-dən etibarən paytaxt Niameydəki 101-ci hava bazasından tamamilə geri çəkildiklərini bildirib.

ABŞ-nin Nigerdə ​​300-ə yaxın əsgərinin olduğunu bildirən Sinq, qalan əsgərlərin 15 sentyabra qədər təhlükəsiz və nizamlı şəkildə ölkədən çəkiləcəyini bildirib.

Martın 17-də Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb və ABŞ əsgərlərinin tezliklə ölkəni tərk etməsini tələb edib.

Qeyd edək ki, Nigerdə ​​1000-ə yaxın əsgəri və Aqadez şəhərində pilotsuz uçuş aparatı (PUA) bazası olan ABŞ-ın sentyabrın ortalarına qədər ölkəni tamamilə tərk edəcəyi açıqlanıb.

Malik Atilay

 





18.07.2024    çap et  çap et