525.Az

Türkiyə Futbol Federasiyasında yeni prezident


 

Türkiyə Futbol Federasiyasında yeni prezident <b style="color:red"></b>

Bu gün Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə növbədənkənar seçki keçirilib.

Sözügedən vəzifəyə üç namizəd olub: Servet Yardımcı, İbrahim Hacıosmanoğlu və əvvəlki prezident  Mehmet  Büyükekşi.

Daha çox səs toplayan (134) İbrahim Hacıosmanoğlu federasiyanın yeni prezidenti seçilib. O, 2027-ci ilin iyun ayına kimi vəzifəsini icra edəcək.

Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 2013-2015-ci illərdə "Trabzonspor"un prezidenti olub. (QOL.az)

 





18.07.2024    çap et  çap et