525.Az

Paris Olimpiadası zamanı polislərə bir sıra qadağalar qoyulacaq


 

Paris Olimpiadası zamanı polislərə bir sıra qadağalar qoyulacaq<b style="color:red"></b>

Paris Olimpiadasının keçirildiyi müddətdə polislərə bir sıra qadağalar qoyulacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yasaqlardan biri saqqız çeynəməkdir. Bu barədə Fransa daxili işlər nazir Jerald Darmanen mətbuata açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, polislər bundan başqa mobil telefondan istifadə edə bilməzlər. Həmçinin, bütün hallarda insanlarla nəzakətli ünsiyyət qurmalıdırlar.

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-ə kimi keçiriləcək. Bu müddətdə 35 min polis və jandarm, eyni zamanda 18 hərbçi asayişin keşiyində olacaq.

L.Tağıyeva

 





18.07.2024    çap et  çap et