Yaponiyanın gimnastika yığmasının kapitanı Syoko Miyata Paris Olimpiadasında iştirak edə bilməyəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun spirtli içki və siqaretdən istifadə etməsidir.
Məsələ burasındadır ki, Yaponiya qanunlarına görə 20 yaşı tamam olmamış şəxslərin alkoqollu içkilər və tütün məhsullarından istifadəsi qadağandır. Miyatanın isə 19 yaşı var.
Qeyd edək ki, gimnast 2022-ci ildə keçirilən dünya çempionatının bürünc mükafatdısıdır.
L.Tağıyeva