525.Az

"Nə­bi Xəz­ri de­yə bil­mə­di­yi söz­lə­rə gö­rə peş­man ol­du"


 

XALQ ŞAİ­Rİ NƏ­Bİ XƏZ­Rİ­NİN OĞ­LU AR­ZU BA­BA­YEV: "ÇOX İS­TƏR­DİM Kİ, ATAM İN­Dİ SAĞ OLAY­DI VƏ TÜRK DÜN­YA­SI­NIN BU Mİ­SİL­SİZ QƏ­LƏ­BƏ­Sİ­Nİ GÖ­RƏY­Dİ"

"Nə­bi Xəz­ri de­yə bil­mə­di­yi söz­lə­rə gö­rə peş­man ol­du"<b style="color:red"></b>

100 il ön­cə Ba­kı­da bir xəz­ri əsib, 100 il ön­cə Nə­bi Ba­ba­yev dün­ya­ya gə­lib. Hə­min Nə­bi Ba­ba­yev ki, son­ra­lar Azər­bay­ca­nın gör­kəm­li şai­ri Nə­bi Xəz­ri ola­caq­dı, 100 il əv­vəl əsən xəz­ri­ni is­mi­nin ya­nı­na - ürək­lə­rə həkk edə­cək­di. Xalq şai­ri­mi­zin xa­ti­rə­si­ni yad et­mək üçün oğ­lu Ar­zu Ba­ba­yev­lə həm­söh­bət ol­duq. Söh­bə­ti­mi­zi oxu­cu­la­ra təq­dim edi­rik.

 

- Ta­mam baş­qa sa­hə­də ça­lış­mı­sı­nız, uzun il­lər sis­tem iş­çi­si ol­mu­su­nuz. Şa­ir ai­lə­sin­də bö­yü­yüb, sen­ti­men­tal hiss­lər­lə tər­bi­yə olu­nub cid­di iş­də ça­lış­maq sizi na­ra­hat et­mir­di ki?

- Hə­rə­si­nin öz ye­ri var - işin iş ye­ri, sen­ti­men­tal, poe­tik duy­ğu­la­rın öz ye­ri. Şü­kür Al­la­ha elə bir ai­lə­də bö­yü­mü­şəm ki, da­im poe­zi­ya bi­zi mü­şa­yiət edib. Çün­ki atam tə­zə şeir­lə­ri­ni mü­rək­kə­bi qu­ru­ma­mış ilk bi­zə oxu­yub. Ümu­miy­yət­lə, şa­ir ai­lə­sin­də bö­yü­mək mə­nim hə­ya­tı­mı nə­cib hiss­lə­rə, xoş duy­ğu­la­ra is­ti­qa­mət­lən­di­rib, pis xis­lət­li in­san ol­maq­dan ya­yın­dı­rıb.

- İlk də­fə uşaq­lıq ab-ha­va­sın­da ay­rı­lıb Nə­bi Xəz­ri­ni şa­ir ki­mi dərk edən­də, po­pul­yar­lı­ğı­nın fər­qi­nə va­ran­da han­sı hiss­lə­ri ke­çir­mi­siz?

- Ya­zıb-oxu­ma­ğı öy­rə­nən­dən son­ra ilk ata­mın ki­tab­la­rı­nı mü­ta­liə et­mi­şəm. Ümu­miy­yət­lə, şa­ir ai­lə­sin­də, sə­nət­kar ai­lə­sin­də bö­yü­mək özü bö­yük bir xoş­bəxt­lik­dir, in­sa­nı xoş mə­ram­la­ra səs­lə­yir. Mən də bu­nun fər­qi­nə va­ran­da özü­mü dün­ya­nın ən xoş­bəxt in­sa­nı he­sab et­mi­şəm.

- Nə­bi Xəz­ri­ni ta­nı­yan­lar çox cid­di in­san ol­du­ğu­nu de­yir­lər. Ai­lə­si­nə, ələl­xü­sus, si­zə olan sev­gi­si­ni ne­cə bü­ru­zə ve­rir­di?

- Onun xa­rak­te­ri­nin iki si­ma­sı var idi; çox meh­ri­ban, nə­cib in­san və sərt in­san. Öv­lad­la­rı ilə çox cid­di mü­na­si­bət qu­rub və bi­zi heç vaxt ər­kö­yün bö­yüt­mə­yib. Bu­na gö­rə, onun ru­hu qar­şı­sın­da hər za­man baş əyi­rəm. Yay­da bağ­da qa­lan­da bü­tün hə­yət iş­lə­ri­ni mə­nə gör­dü­rər­di. Adam var, o iş­lər üçün bağ­ban tu­tur, am­ma atam o iş­lə­rin ha­mı­sı­nı mə­nə tap­şı­rır­dı. Ona gö­rə də, da­im ona min­nət­da­ram. O mə­ni ər­kö­yün bö­yüt­mə­di, zəh­mə­tə qat­laş­dır­dı. Hə­mi­şə mə­nə de­yər­di: "Elə bir is­ti­qa­mət­də bö­yü­mə­li­sən ki, mən ol­ma­sam, hə­yat­dan baş çı­xar­da bi­lə­sən. Nə qə­dər sa­ğam köl­gəm üs­tün­də ola­caq, am­ma is­tə­yə­rəm ki, sağ­lı­ğım­da da müs­tə­qil şə­kil­də özü­nə yol aça­san, çə­tin­lik­dən çı­xa bi­lə­sən". Düz­dür, elə çə­tin an­lar olub ki, özüm o çə­tin­lik­dən çı­xa bil­mi­şəm. Am­ma çı­xa bil­mə­yən­də, son an­da mə­nə kö­mək olub, əlim­dən tu­tub mə­ni o və­ziy­yət­dən çı­xar­dıb.

- Və­fa­tın­dan son­ra çə­tin an­la­rı­nız­da ata­nı­zı ax­tar­mı­sız?

- Lap köv­rəlt­din mə­ni... İn­di 62 ya­şım var. Am­ma in­sa­nın hər yaş­da ata­sı­na, ana­sı­na eh­ti­ya­cı var. Hər yaş­da...

- Ta­nın­mış tən­qid­çi Va­qif Yu­sif­li Nə­bi Xəz­ri ilə bağ­lı bir ya­zı ya­zır və ya­zı­ya "Xoş­bəxt ta­le­li sə­nət­kar" adı­nı ve­rir. Ar­zu bəy siz­cə, hə­qi­qə­tən­mi Nə­bi Xəz­ri xoş­bəxt ta­le­li idi?

- Əl­bət­tə ki. O sə­nət­kar ki­mi xoş­bəxt idi, am­ma in­san ki­mi hə­yat­da çox ağ­rı-acı­lar gör­müş­dü. Əv­və­la, kör­pə ba­la­la­rı­nı itir­miş­di. İki yaş­lı ba­cı­mı və dörd ya­şın­da qar­da­şı­mı. Bu özü ata üçün ən bö­yük dərd­dir. Ya­şı­nın ahıl vax­tın­da isə öz hə­yat yol­da­şı­nı, mə­nim ana­mı itir­di. Bu, hə­yat­da ona ən bö­yük zər­bə ol­du. "Qa­dın­sız ev" şei­ri­ni yaz­dı.

Çi­yin­lər­də ye­rin-gö­yün qə­mi­dir,

Ah çə­kir­sən asi­ma­na ye­ti­şir.

Qa­dın­sız ev -

tu­fan­da­kı gə­mi­dir,

O nə ba­tır, nə li­ma­na ye­ti­şir.

Hə­yat­da nə qə­dər ağ­rı-acı çək­mə­si­nə bax­ma­ya­raq, sə­nət­kar ki­mi, şa­ir ki­mi xoş­bəxt in­san olub. Çün­ki onun əsər­lə­ri, ya­ra­dı­cı­lı­ğı so­vet dö­nə­min­də də, müs­tə­qil­lik döv­rün­də də la­yi­qin­cə qiy­mət­lən­di­ri­lib. 1968-ci il­də "İki Xə­zər" poe­ma­sı­na gö­rə ilk mü­ka­fa­tı­nı al­dı. 1973-cü il­də "Də­niz zir­və­dən baş­la­yır" ki­ta­bı­na gö­rə SSR Döv­lət mü­ka­fa­tı­na la­yiq gö­rül­dü. Bu xə­bə­ri ilk ola­raq Ulu ön­dər Hey­dər Əli­yev ona zəng edib de­miş­di. İn­di­ki ki­mi ya­dım­da­dır, mə­nim on­da 11 ya­şım var idi. Atam te­le­fo­nu gö­tü­rüb tez keç­di ota­ğı­na. Dos­tu Şü­kür Xan­la­rov da biz­də idi. Bir az ke­çən­dən son­ra gü­lüm­sə­yə­rək otaq­dan çıx­dı və bi­zi təb­rik elə­di. 1982-ci il­də isə "İnam" poe­ma­sı­na gö­rə  Hey­dər Əli­yev  ona Azər­bay­ca­nın Döv­lət mü­ka­fa­tı ver­di. 1974-cü il­də Əmək­dar in­cə­sə­nət xa­di­mi fəx­ri adı­nı və  "Qır­mı­zı Əmək bay­ra­ğı" or­de­ni­ni al­dı. 1984-cü il­də Xalq şai­ri adı­nı, 1985-ci il­də "Le­nin" or­de­ni, 1995-ci il­də "Şöh­rət" or­de­ni al­dı. 2004-cü il­də isə 80 il­lik yu­bi­le­yi ilə bağ­lı Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən "İs­tiq­lal" or­de­ni ilə mü­ka­fat­lan­dı­rıl­dı. Qı­sa­sı, sə­nət­kar­lı­ğı da­im qiy­mət­lən­di­ri­lib de­yə Nə­bi Xəz­ri xoş­bəxt sə­nət­kar­dır.

- Bu ilin de­kab­rın­da şai­rin 100 il­lik yu­bi­le­yi­dir. Bu­nun­la bağ­lı döv­lət sə­viy­yə­sin­də təd­bir ke­çi­ril­mə­si plan­laş­dı­rı­lır­mı?

- Ata­mın 90 il­lik yu­bi­le­yi cə­nab Pre­zi­den­tin sə­rən­ca­mı ilə yük­sək sə­viy­yə­də ke­çi­ril­miş­di. 100 il­lik yu­bi­ley hə­mi­şə ol­mur. Yə­qin ki, bu­nun­la bağ­lı təd­bir ke­çi­ri­lər. Pre­zi­den­tin rəs­mi say­tı­na mən özüm də bu təd­bi­rin ke­çi­ril­mə­si­nə gö­rə mü­ra­ciət et­mi­şəm.

- Şa­ir 83 il­lik hə­yat yo­lun­da bir çox it­ki­lər ve­rib. Öv­lad acı­sı­nı da ya­şa­yıb, hə­yat yol­da­şı­nı da vaxt­sız iti­rib. Onu ən çox sar­sı­dan ki­min it­ki­si ol­du?

- Hə­yat yol­da­şı­nın it­ki­si. Ki­şi ahıl vax­tın­da öz ömür-gün yol­da­şı­nı itir­mə­yi ilə qa­nad­sız qu­şa çev­ri­lir. Al­lah heç bir ki­şi­yə yaş­lı vax­tı hə­yat yol­da­şı­nı itir­mə­yi gös­tər­mə­sin. Qa­dın­lar dö­züm­lü olur, on­lar hə­yat yol­daş­la­rı­nı iti­rən­də bu və­ziy­yət­dən çı­xa bi­lir­lər. Ki­şi isə əzab çə­kir. Anam dün­ya­sı­nı də­yi­şən­də ata­mın san­ki psi­xo­lo­gi­ya­sı, hə­ya­ta ba­xı­şı də­yiş­di. Ət­raf­dan təc­rid ol­du. Ana­mın və­fa­tın­dan son­ra hər həf­tə­nin şən­bə, ba­zar gü­nü biz­də "va­li­deyn gü­nü" olur­du. Mən öz ai­ləm­lə, ba­cı­la­rım öz ai­lə­si ilə yı­ğı­şıb Xır­da­lan­da­kı evi­mi­zə ge­dir­dik. Am­ma elə olur­du mən həf­tə içi də ata­mın ya­nı­na ge­dir­dim. Ge­dir­dim qa­lır­dım, söh­bət edir­dik. Axır vaxt­lar atam köv­rək ol­muş­du. Mə­ni hər gö­rən­də de­yir­di, nə yax­şı gəl­din. Ye­nə de­yi­rəm, atam ra­hat idi, ona ba­xan­lar var idi. Am­ma heç kim hə­yat yol­da­şı­nın ye­rin ve­rə bil­məz.

- Mü­sa­hi­bə­lə­ri­ni­zin bi­rin­də bil­dir­mi­siz ki, Sə­məd Vur­ğun rəh­mə­tə ge­dən­də Nə­bi Xəz­ri dəh­şət­li də­rə­cə­də hön­kü­rüb. Sə­məd Vur­ğu­na qar­şı olan o sev­gi­nin əsas sə­bə­bi nə idi? İki şai­rin mü­na­si­bət­lə­ri ba­rə­sin­də nə­lər bi­lir­si­niz?

- Sə­məd Vur­ğun Nə­bi Xəz­ri­yə san­ki mə­nə­vi ata­lıq elə­miş­di. Ümu­miy­yət­lə, gənc şair­lə­rin ha­mı­sı­na mə­nə­vi ata­lıq edir­di, hə­vəs­lən­di­rir­di, on­la­ra sti­mul ve­rir­di. 1944-cü il­də atam əs­gər­lik­dən qa­yı­dan­dan son­ra ra­dio­da dik­tor ola­raq iş­lə­mə­yə baş­la­yır. On­da şeir­lə­ri döv­ri mət­buat­da çap olu­nur. "Söz" şei­ri var idi və mə­nə gö­rə hə­min şe­ir ya­ra­dı­cı­lı­ğı­nın ma­ni­fes­ti idi. Bir bu şei­ri, bir də "Yay­lıq" şei­ri­ni oxu­yan Sə­məd Vur­ğun de­yir: "Kim­dir bu şeir­lə­ri ya­zan ca­van oğ­lan? Onu ta­pıb gə­ti­rin ya­nı­ma".  Da­ha son­ra Ya­zı­çı­lar İt­ti­fa­qı­na qə­bul ol­maq üçün ata­ma zə­ma­nət ve­rir, ona bö­yük şa­ir ola­ca­ğı­nı, on­da şa­ir da­ma­rı­nın ol­du­ğu­nu söy­lə­yir. Bu söz­lə­ri dağ boy­da şair­dən eşit­mək fəxr idi. 1951-ci il­də atam tə­lə­bə olan­da  Mosk­va­da de­ka­da ke­çi­ri­lir. Gənc şa­ir ki­mi atam da ora­da iş­ti­rak edir. Sə­məd Vur­ğun ata­mı gö­rən­də çox se­vi­nir. Hət­ta təd­bir­dən son­ra atam­la şə­hə­ri gəz­mə­yə çı­xır. Ma­ğa­za­la­rın bi­rin­dən iki ey­ni çil­çı­raq alır­lar və in­di o çil­çı­ra­ğın bi­ri Nə­bi Xəz­ri­nin evi­ni işıq­lan­dı­rır, di­gə­ri isə Sə­məd Vur­ğu­nun ev-mu­ze­yi­ni. Mən se­vi­ni­rəm ki, ey­ni çı­raq həm Nə­bi Xəz­ri­nin, həm də Sə­məd Vur­ğu­nun evi­ni işıq­lan­dı­rır. 1956-cı il­də şa­ir və­fat edən­də atam hön­kü­rə­rək gəl­di və de­di ki, mə­nə­vi ata­mı­zı itir­dik, qo­lu­muz-qa­na­dı­mız qı­rıl­dı. Anam hə­mi­şə bi­zə de­yər­di ki, Nə­bi­ni heç vaxt elə ağ­la­yan gör­mə­miş­dim.

- Nə­bi Xəz­ri Sə­məd Vur­ğu­nun 90 il­li­yin­də köh­nə dos­tu Rə­sul Həm­zə­tov­la nə üçün ey­ni ma­sa ar­xa­sın­da otur­maq­dan im­ti­na et­di?

- Atam­la  Rə­sul Həm­zə­tov tə­lə­bə yol­da­şı və yax­şı dost olub­lar. Sə­məd Vur­ğun on­la­rın dost­lu­ğu­na bö­yük qiy­mət ve­rir­di. Sə­məd Vur­ğun özü də Rə­sul Həm­zə­to­vun xət­rin çox is­tə­yir­di. 1988-ci il­də So­vet İt­ti­fa­qı Kom­mu­nist Par­ti­ya­sı­nın baş ka­ti­bi Mi­xail  Qor­ba­ço­vun ya­nın­da  er­mə­ni­lər­lə azər­bay­can­lı­lar ara­sın­da­kı konf­lik­ti həll et­mək üçün ic­las ke­çi­ri­lir. Ora­da Rə­sul Həm­zə­tov da çı­xış edir və neyt­ral möv­qe tu­tur. Atam da te­le­vi­zo­ra  ba­xır və de­yir: "Mən Rə­sul­dan Azər­bay­can xal­qı­nın dos­tu ki­mi, qaf­qaz­lı ki­mi  baş­qa ca­vab göz­lə­yir­dim, am­ma Rə­sul gah na­la, gah mı­xa vur­du, bi­zi mü­da­fiə et­mə­di". Küs­kün­lü­yü­nü bil­dir­mək üçün atam ona te­leq­ram yaz­dı. Rə­sul Həm­zə­tov isə bu­na ca­vab ola­raq qə­ze­tə ya­zı ver­di və or­da bir da­ha qeyd et­di ki, mə­nim möv­qe­yim neyt­ral­dır və mən is­tə­yi­rəm ki, iki xalq ara­sın­da dost­luq ol­sun. Atam Rə­sul Həm­zə­to­vun ona bey­nəl­xalq müs­tə­vi­də ca­vab ver­mə­si­nə, te­le­fon zən­gi et­mə­mə­si­nə çox qə­zəb­lən­di. On­lar bir müd­dət kü­sü­lü qal­dı­lar. 1997-ci il­də Sə­məd Vur­ğu­nun 90 il­li­yi yu­bi­le­yin­də Hey­dər Əli­yev Rə­sul Həm­zə­to­va zəng vu­rub de­yir ki, si­zi bu yu­bi­ley­də gör­mək is­tər­dik. Rə­sul Həm­zə­tov isə ilk ön­cə Nə­bi Xəz­ri­ni zi­ya­rət edib, yol­da­şı­nın və­fa­tı­na gö­rə ona baş­sağ­lı­ğı ve­rib gə­lə­cə­yi­ni qeyd edir. On­lar köv­rək şə­kil­də gö­rüş­dü­lər. Qa­pı­nı aç­dım, iki dost bir-bi­ri­nə bax­dı, ağ­la­şıb qu­caq­laş­dı. Elə bil ürək­lə­rin­də­ki yük gö­tü­rül­dü və on­lar ba­rış­dı­lar. Ar­tıq on­lar Sə­məd Vur­ğu­nun yu­bi­ley təd­bi­rin­də ba­rış­mış­dı­lar. Ay­rı otur­ma­la­rı­nın sə­bə­bi küs ol­ma­la­rı de­yil­di.

- Nə­bi Xəz­ri­nin şeir­lə­ri­nə bəs­tə­lə­nən mah­nı­lar dil­lər əz­bə­ri­dir. Şa­ir özü bu mah­nı­lar­dan han­sı­nı da­ha çox se­vir­di?

- De­səm ki, xü­su­sən da­ha çox sev­di­yi mah­nı var idi, düz ol­maz. Onun şeir­lə­ri­nə 125 mah­nı bəs­tə­lən­miş­di: "Azər­bay­can",  "Od­lar yur­du", "Də­rə­lər", "Şu­şa­nın yol­la­rı", "Ab­şe­ron", "Ağ çi­çə­yim" və baş­qa­la­rı. Ha­mı­sı­nı se­və­rək din­lə­yir­di.

- "Çə­kin bu tor­paq­dan qa­ra əl­lə­ri! Çə­kin Qa­ra­bağ­dan qa­ra əl­lə­ri!" - de­yən şai­rin sə­si eşi­dil­di. Şa­ir sağ ol­say­dı, Qa­ra­ba­ğın azad­lı­ğın­dan son­ra ilk ha­ra­nı gör­mək is­tə­yər­di? Onun Qa­ra­bağ­la bağ­lı han­sı xü­su­si xa­ti­rə­si­ni da­nı­şa bi­lər­siz?

- Əl­bət­tə ki, Nə­bi Xəz­ri sağ ol­say­dı, ilk Şu­şa­ya ge­dər­di və o qə­dər se­vi­nər­di, o qə­dər il­ham­la­nar­dı ki, ye­ni bir poe­ma ya­zar­dı. SSRİ dövründə "Şuşanın yolları" adlı Şuşa haqqında ilk şeirini yazır. Müharibədən sonra isə "Şuşa" və "Şuşa gəlir yuxularıma" adlı şe­irlərini yazır və bu iki şeiri sakit oxu­maq müm­kün de­yil. Oxu­duq­ca in­san dəh­şə­tə gə­lir. Çox is­tər­dim ki, atam in­di sağ olay­dı və türk dün­ya­sı­nın bu mi­sil­siz qə­lə­bə­si­ni gö­rəy­di. On­da ne­cə əsər­lər ya­ra­dar­dı. Qis­mət...

- Və­siy­yət edə bil­mə­yən şa­ir yu­xu­la­rı­nı­za gə­lir­mi?

- Gə­lir, am­ma na­dir hal­lar­da. Da­nı­şan gör­mü­rəm, sa­də­cə gü­lüm­sə­yir. Mən ona tə­rəf üzü­mü çe­vi­rən ki­mi mə­nə ba­xır və gü­lüm­sə­yir. San­ki mə­ni gör­mə­yi­nə se­vi­nir. Bi­li­rəm ki, in­sa­nın ru­hu heç vaxt öl­mür, ölən ci­sim­dir. Ar­zu  edi­rəm və bi­li­rəm ki, atam in­di anam­la bir yer­də­dir. Ruh­la­rı bi­zi hifz edir.

- Bu gün ata­nız sağ ol­say­dı, sağ­lı­ğın­da de­yə bil­mə­di­yi­niz han­sı sö­zü ona de­mək is­tər­diz?

- Çə­tin sual­dır. Çün­ki öm­rü­nün son beş ilin­də biz sə­mi­mi dost ol­mu­şuq, mən ata­ma ürə­yi­mi aç­mı­şam. Mən de­yər­dim ki, ən ya­xın dos­tum atam olub. Son gün­lə­rin­də onun di­li tu­tul­du. Bəl­kə də, de­yə bil­mə­di­yi söz­lər ol­du. Bəl­kə də, Nə­bi Xəz­ri de­yə bil­mə­di­yi söz­lə­rə gö­rə peş­man ol­du.

Lə­man İL­KİN

 





22.07.2024    çap et  çap et