Bu dəfə slovakiyalı velosipedçilərə 2300 avro civarında ziyan dəyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, oğrular slovakların şkafda saxladıqları əşyaları ələ keçiriblər. Bura 10 şin, bir neçə sürət ötürücüsü və digər ehtiyat hissələr daxildir.
Buna kimi Olimpiya kəndində daha bir neçə oğurluq hadisəsi baş verib. Məsələn, yapon reqbiçinin nişan üzüyü və 3 min avrosu, Avstraliyanın otüstü hokkey komandasının üzvünün isə bank kartı oğurlanıb. Hansı ki, sonradan həmin kartdan 900 avro çəkilib.
Qeyd edək ki, Paris Olimpiadasının Təşkilat Komitəsi baş verən oğurluq hadisələti ilə əlaqədar narahatlığını bildirib.
L.Tağıyeva