525.Az

Paris-2024-də medal sıralaması - Azərbaycan 18-cidir


 

Paris-2024-də medal sıralaması - <b style="color:red"> Azərbaycan 18-cidir</b>

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 18-ci pillədə qərarlaşıb.

525.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivində 2 qızıl medal yazdırıb.

Medal sıralamasında lider Çindir. Asiyalılar 13 qızıl, 9 gümüş, 9 bürünc medal qazanıblar. Meydan sahibi Fransa 11 qızıl, 12 gümüş, 13 bürünclə ikinci, Avstraliya isə 11 qızıl, 6 gümüş, 5 bürünclə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, hələlik 50 ölkə olimpiadada medal əldə edə bilib.

 





03.08.2024    çap et  çap et