525.Az

TSAXAL ordusu Xan-Yunisdə hərbi əməliyyatlara başlayıb


 

TSAXAL ordusu Xan-Yunisdə hərbi əməliyyatlara başlayıb<b style="color:red"></b>

İsrail hərbi hava qüvvələri gecə saatlarından etibarən Qəzzanın şimalındakı Xan-Yunisdə hərbi əməliyyatlara başlayıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar eyni zamanda silahlıların gizlənə biləcəyi yeraltı sığınacaqlarda da aparılır.

Bununla yanaşı, TSAXAL hərbi aviasiyası HAMAS-ın silah anbarları və silahlıların toplaşdıqları ehtimal edilən məntəqələr də daxil olmaqla, ümumilikdə 30 obyektə zərbələr endirib.

 





09.08.2024    çap et  çap et