525.Az

İspaniyanın U-23 millisi Olimpiya çempionu oldu


 

İspaniyanın U-23 millisi Olimpiya çempionu oldu <b style="color:red"></b>

Parisdə keçirilən Yay Olimpiya oyunlarında futbol üzrə yarışlarda final oyunu keçirilib. 

QOL.az xəbər verir ki, qızıl medal uğrunda görüşdə Fransa və İspaniyanın U-23 milliləri qarşılaşıb. Matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha iki qol vuran İspaniya U-23 millisi 5:3 hesablı qələbə qazanaraq Olimpiyadanın qalibi olub. 

Fransa – İspaniya – 3:5 

Qollar: Enzo Miyo, 11 (1:0), Fermin Lopez, 18 (1:1), 25 (1:2), Aleks Baena, 28 (1:3), Maqnes Akliuşe, 79 (2:3), Jan-Filipp Mateta, 90+3 - pen. (3:3), Serxio Kamelyo, 100 (3:4), 120+1

Qeyd edək ki, 2020-ci ildə keçirilən Olimpiyadanın futbol yarışları üzrə qalibi Braziliya olmuşdu. 

 





09.08.2024    çap et  çap et