525.Az

Ötən gün 6,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - DİN


 

Ötən gün 6,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb - <b style="color:red"> DİN</b>

Avqustun 9-da polis əməkdaşları narkotik vasitələrin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

525.AZ-A Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən (DİN) verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6,6 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,5 kiloqrama yaxın marixuana, 1,1 kiloqrama yaxın metamfetamin, həmçinin 2760 metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 595 çətənə kolu olub.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.

 





10.08.2024    çap et  çap et