525.Az

“Neftçi”dən növbəti transfer


 

“Neftçi”dən növbəti transfer<b style="color:red"></b>

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Rafal Quzzo heyətə cəlb olunub. 

29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, “Neftçi”də 6 nömrəli formanı geyinəcək. Təcrübəli yarımmüdafiəçi ötən mövsüm Portuqaliyanın “Çaves” klubunun heyətində 17 oyuna çıxıb və 2 qol vurub. 

Qeyd edək ki, "Neftçi" bunadək Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer, Andrey Ştoqrin və Rüstəm Samiqullini heyətinə qatıb.

 





12.08.2024    çap et  çap et