Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 4.278 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
525.az-a bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilir.
Məlumata görə, bunun 4 090-ı fiziki şəxslər, 188-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 % artıb.
7 ayda kommersiya qurumlarının 63,8 %-i elektron qaydada, 36,2 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.