ABŞ administrasiyası İsrailə ümumi dəyəri 20 milyard dolları keçən yeni silahların satışını təsdiqləyib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi, ABŞ dövlət katibi Entoni Blinkenin döyüş təyyarələri də daxil olmaqla 20 milyard dollarlıq silah satışına icazə verdiyini açıqlayıb.
ABŞ Müdafiə Nazirliyi bildirib ki, satışa icazə verilən silahlar arasında təxminən 19 milyard dollar dəyərində F-15 reaktiv təyyarələri və avadanlıq, təxminən 774 milyon dollar dəyərində tank sursatları və 583 milyon dollar dəyərində hərbi maşınlar var.
ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi təsdiq bildirişində silah satışının “İsrailin hazırkı və gələcək düşmən təhdidlərinə qarşı durmaq qabiliyyətini artıracağı” bildirilib.
Malik Atilay