525.Az

Abşeronda gölməçədə qadın meyiti aşkarlanıb


 

Abşeronda gölməçədə qadın meyiti aşkarlanıb<b style="color:red"></b>

Abşeronda gölməçədə meyit tapılıb.

525.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində gölməçədə cəsəd aşkar edilməsi barədə məlumat daxil olub:

"Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Alıyeva Xoşgül İman qızının meyiti gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 





15.08.2024    çap et  çap et