525.Az

"Nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik"


 

"Nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik"<b style="color:red"></b>


Azərbaycan millisinin kapitanı Emin Mahmudov Millətlər Liqasının 1-ci turu çərçivəsində sabah İsveçə qarşı keçirəcəkləri matçdan öncə jurnalistlərin suallarını cavablandırıb. 

- İsveçlə əvvəlki oyunu milli karyeranızda ən yaxşı saymaq olar. Sabahkı matçdan nə gözləyirsiniz?

- Bəli, həmin matçı milli karyeramda ən yaxşı oyunlardan biri saymaq olar. İnşallah, əlimizdən gələni edəcəyik ki, sabah da yaxşı oyun göstərək və nəticə qazanaq.

- Artıq yeni baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında məşqə çıxmısınız. Portuqaliyalı daha çox nələrə diqqət edir?

- Hələ ki, cəmi 1 məşq keçmişik. Vaxtımız çox az idi. Çalışacağıq ki, baş məşqçinin tapşırıqlarını yetinə yetirək.

- "Neftçi"də işlər qaydasında getmir. Millidə özünüzü psixoloji cəhətdən necə kökləyirsiniz?

- Klubda əhval-ruhiyyə yerində deyil. Amma mən klubdakı problemləri heç vaxt milliyə gətirmirəm. Milliyə gələndə ancaq komandaya kömək etməyi düşünürəm. Problem olsa belə, millidə hər şeyi  kənara qoymalıyıq 

- Rəqib baş məşqçi qeyd etdi ki, mütləq qələbə qazanmalıyıq...

- Biz də maksimum çalışmalı, tam konsentrasiyalı olmalıyıq. Bizi sabah çox yaxşı, güclü rəqib gözləyir. Çalışacağıq ki, öz futbolumuzu göstərək.

- Öz futbolumuz deyəndə nəyi nəzərdə tutursan? Bir məşqə Santuşun hansı futbolu tələb etdiyini öyrənə bildiniz?

- Baş məşqçinin istəyi odur ki, kampakt oynayaq. Diqqətli olaq, səhvlərə mümkün olduğu qədər az yol verək. Sabahkı matçda  əlimizdən gələni edəcəyik.

 





04.09.2024    çap et  çap et