“Qəbələ” heyətinə yeni futbolçu qatıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Əyalət təmsilçisi Ruslan Voronsovun keçidini rəsmiləşdirib. 28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ruslan Voronsov “Simurq”, “Ağsu”, “Şəmkir”, “Zaqatala”, “Mingəçevir” “Qaradağ Lökbatan”, MOİK, “Karvan”, "Cəbrayıl", Şimali Kiprdə “Larnaka Gənclərbirliyi” klublarında forma geyinib.