Rusiya vətəndaşı İstanbul hava limanında qeyri-adi yüklə saxlanılıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Rusiyaya qanunsuz olaraq böyük miqdarda zəli keçirməyə cəhd edib.
Gömrük əməkdaşları yolçunun yükünü yoxlayarkən, orada 19 kq iri tibbi zəlilərin olduğunu müəyyənləşdiriblər. Yükün sahibindən xüsusi sertifikat tələb etdikdə, zəlilərin sənədi olmadığı üzə çıxıb.
Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıqdan sonra gömrük işçiləri malın qanunsuz olduğunu dəqiqləşdiriblər. Nəticədə tibbi malların qanunsuz dövriyyəsində ittiham olunan şəxs 1milyon 312 min türk lirəsi (38.619 dollar) həcmində cərimələnib.
Qeyd edək ki, təxmini 20 min zəli də rusiyalının əlindən alınıb.
L.Tağıyeva