525.Az

31 yaşayış məntəqəsindən uşaqlar evakuasiya ediləcək


 

31 yaşayış məntəqəsindən uşaqlar evakuasiya ediləcək<b style="color:red"></b>

Ukrayna höküməti Pokrovsk və Kramatorsk rayonlarında yerləşən yaşayış məntəqələrindən uşaqları daha təhlükəsiz yerə çıxaracaq. 

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bununla bağlı hərbi vəziyyətdə əhalinin məcburi evakuasiyası ilə bağlı məsələlərlə məşğul olan koordinasiya qərargahının iclasında yekdilliklə qərar qəbul edilib.

Qeyd edək ki, qərar adıçəkilən rayonların 31 yaşayış məntəqəsinə şamil olunur.

L.Tağıyeva

 





05.09.2024    çap et  çap et