525.Az

Yaponiyada həddindən artıq istilərdən ölənlərin sayı 248-ə yüksəlib


 

Yaponiyada həddindən artıq istilərdən ölənlərin sayı 248-ə yüksəlib<b style="color:red"></b>

Yaponiyanın paytaxtı Tokioda yüksək temperatur səbəbindən həyatını itirənlərin sayı 248-ə yüksəlib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Tokio Qubernatorluğunun Tibbi Müayinə Bürosu həddindən artıq istilərin səbəb olduğu ölümlərlə bağlı məlumatları yeniləyib.

Müvafiq olaraq, iyun-avqust ayları arasındakı 3 aylıq dövrdə paytaxt metropolunda yüksək temperaturdan ölənlərin sayı 248-ə yüksəlib.

Araşdırmalar zamanı ölənlərin yaşlarının 40-90 arasında olduğu, yaşadıqları evlərdə və iş yerlərində kondisioner olmadığı və ya aktiv istifadə edilmədiyi müəyyən edilib.

Kondisionerdən istifadəni təşviq edən bəyanatda bu ifadələr yer alıb: "Həddindən artıq istilər nəticəsində ölümün qarşısını almaq olar. Ona görə də isti günlərdə kondisionerdən istifadə edin".

Tokio Qubernatorluğunun Sosial Rifah və İctimai Sağlamlıq Bürosu iyulun 9-da yüksək temperatur nəticəsində ölənlərlə bağlı verdiyi açıqlamada 6 nəfərin istidən öldüyünü bildirib.

NHK dövlət televiziyasının xəbərinə görə, 2022-ci ildə Tokioda yüksək temperatur səbəbindən 251 nəfər ölüb.

Malik Atilay 

 





03.09.2024    çap et  çap et