525.Az

İstanbul Hava Limanı Avropanın ən yaxşısı seçildi


 

İstanbul Hava Limanı Avropanın ən yaxşısı seçildi<b style="color:red"></b>

İstanbul Hava Limanı Operatoru İGA-nın Baş İcraçı Direktoru (CEO) Selahattin Bilgen "Google" istifadəçilərinin şərhləri əsasında aparılan araşdırmaya görə İstanbul Hava Limanının Avropanın ən yaxşı hava limanı seçildiyini açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Bilgen sosial media hesabında paylaşım edərək: "Google şərhlərində də göründüyü kimi, bizi seçən və uğurumuza töhfə verən hər kəsə dərin minnətdarlığımızı bildiririk. İstanbul Hava Limanını Avropanın ən yaxşısı etdiklərinə görə təşəkkür edirik", -deyib.

Avropa hava limanları arasında "Google" istifadəçilərinin şərhləri üzərində aparılan araşdırmanın nəticələrinə görə İstanbul Hava Limanı 4,4 balla birinci yerdə qərarlaşıb.

Malik Atilay 

 





10.09.2024    çap et  çap et