525.Az

Ali Radanın deputatı vətəndaşı döyüb


 

Ali Radanın deputatı vətəndaşı döyüb <b style="color:red"></b>

Ukraynanın paytaxtı Kiyevdə Ali Radanın deputatı vətəndaşı döyüb.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Milli Polisin Kiyev bölməsi bir kişinin döyülməsi ilə bağlı faktı araşdırır.

Döyülən şəxs ona Ali Radanın deputatının xəsarət yetirdiyini bildirib və bu barədə polisə ərizə ilə müraciət edib.

Hadisənin hansı səbəbdən baş verdiyi, eyni zamanda deputatın adı açıqlanmasa da, ukraynalı jurnalistlər döyən şəxsin Aleksandr Kunitskiy olduğunu müəyyənləşdirə biliblər.

L.Tağıyeva

 





13.09.2024    çap et  çap et