525.Az

Azərbaycanın neft-qaz sektoruna bu il 3,7 mlrd. manat yönəldilib


 

Azərbaycanın neft-qaz sektoruna bu il 3,7 mlrd. manat yönəldilib<b style="color:red"></b>

Cari ilin yanvar-avqust aylarında Azərbaycanın neft-qaz sektoruna 3 730,7 mln. manat həcmində vəsait yönəldilib.

525.az-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 0,94% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.

 





14.09.2024    çap et  çap et