525.Az

Maks Ferstappen Bakıdakı yarışda əsas hədəfini açıqlayıb


 

Maks Ferstappen Bakıdakı yarışda əsas hədəfini açıqlayıb<b style="color:red"></b>

Red Bull"un niderlandlı pilotu Maks Ferstappenin "Formula 1" üzrə Azərbaycan Qran-prisindəki əsas hədəfi bəlli olub.

525.az "Report"-a istinadən xəbər verir ki, 26 yaşlı sürücü bu barədə ölkəsinin mətbuatına açıqlama verib.

Ferstappen məqsədinin yarışı "McLaren" sürücüsü Lando Norrisdən irəlidə bitirmək olduğunu söyləyib.

"Hazırda ən vacib olan da budur", - deyə təcrübəli pilot bildirib.

Qeyd edək ki, Ferstappen Bakıdakı əsas yarışa 6-cı, Norris isə 16-cı pillədə start verəcək. Azərbaycan Qran-prisi saat 15:00-da başlayacaq.

Norris cari mövsümdə Ferstappenin əsas rəqibi hesab edilir. Niderlandlı pilot sona 8 mərhələ qalmış 303 xalla liderdir. Norris isə 241 xalla ikinci sırada qərarlaşıb.

 





15.09.2024    çap et  çap et