525.Az

Nazir müavini: Türk Dövlətləri Təşkilatı daha da güclü olacaq


 

Nazir müavini: Türk Dövlətləri Təşkilatı daha da güclü olacaq<b style="color:red"></b>

Türk Dövlətləri Təşkilatı (TDT) daha da güclü olacaq.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Türkiyə KİV-ə müsahibəsində deyib.

O, TDT-nin və türk dövlətlərinin daha da güclü olacağına inamını ifadə edib.

Nazir müavininin sözlərinə görə, 15 il əvvəl imzalanan Naxçıvan sazişi tarixi və mühüm hadisədir: “Bu, türk dövlətləri üçün bir dönüş nöqtəsidir”.

E.Məmmədov TDT-yə üzv ölkələr arasında siyasi, iqtisadi və ticarət sahəsində faydalı əməkdaşlığa diqqət çəkib.

 





05.10.2024    çap et  çap et