525.Az

Hollandiya Ukraynaya vəd edilən 24 ədəd F-16-dan ilk partiyasını təhvil verib


 

Hollandiya Ukraynaya vəd edilən 24 ədəd F-16-dan ilk partiyasını təhvil verib<b style="color:red"></b>

Hollandiya Kiyevə tədarük edəcəyinə söz verdiyi 24 ədəd F-16 qırıcısının ilk partiyasını təhvil verib.

525.az APA-ya istinadən  xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda qalan təyyarələrin də yaxın aylarda təhvil veriləcəyi bildirilib.

Ukrayna Silahlı Qüvvələri ABŞ-dan 900 kilometrə qədər məsafədə hədəfləri vura bilən "JASSM" raketlərini tədarük etməyi xahiş edib.

Buna cavab olaraq, ABŞ rəsmiləri Ukraynaya mühərriki olmayan “JSOW” raket sistemlərini, yəni “AGM-154 Joint Standoff Weapon” raketlərini təklif edib.

 





06.10.2024    çap et  çap et